AQEM katibliyi Azərbaycanı təbrik edib

2024/05/1716881796.jpg
Oxunub: 108     11:20     28 May 2024    
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) katibliyi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Ordu.az xəbər verir ki, müvafiq paylaşım təşkilatın “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

“AQEM katibliyi Azərbaycanın Müstəqillik Günü münasibətilə səmimi təbriklərini bildirir. Biz Azərbaycanın yeni sədr kimi AQEM prosesinə mühüm töhfə vermək və təşkilatın Asiyada, onun hüdudlarından kənarda nüfuzunu yüksəltməkdə qətiyyətli olmasını yüksək qiymətləndiririk. Ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq”, - paylaşımda qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AQEM   Azərbaycan  


Bizi "telegram"da izləyin