KİV: Bir tərəfdən sel və polis, digər tərəfdən etirazçılar Ermənistanın sərhədlərini bağlayıb

2024/05/25cc4-1716880770.jpg
Oxunub: 138     14:32     28 May 2024    
Ermənistan hazırda öz tarixinin çətin və məsuliyyətli mərhələlərindən birini yaşayır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, bu günlərdə Ermənistan mühasirədədir.

“Ötən gün verilən müxtəlif bəyanatlara görə, indi Ermənistanın əsas giriş-çıxışları bütün növ nəqliyyat vasitələri üçün bağlanıb. Bir neçə həftə əvvəl “Vətən naminə Tavus” hərəkatı demarkasiya və delimitasiyaya etiraz olaraq Tavus-Gürcüstan sərhədini bağlayıb, daha sonra artıq polis yolun eyni sektorunu bağlayıb. Yəni insan, bu halda hakimiyyət amili ilə bağlı maneələr var. Ötən gün bütün gün ərzində “Yol Departamenti” bir neçə dəfə rəsmi açıqlama verib ki, təbii fəlakət - sel və çayların daşması səbəbindən Ermənistanın şimalından Gürcüstana girişlər bağlanıb. Bu gün “Milli Cəbhə” “Telegram” kanalı İran-Ermənistan sərhədinin bağlı olduğunu da açıqlayıb. Yəni Ermənistan total blokadadadır. Hakimiyyət isə fəlakətin ölçülərini qiymətləndirmək üçün əməliyyat qrupları yaradır. Sərhədlərin bağlanması nəticəsində Ermənistan iqtisadiyyatına dəyən zərərin nə vaxt qiymətləndiriləcəyi bəlli deyil. Əlbəttə, günün sonunda Nikol Paşinyanın ailəsinə məxsus KİV İranla Ermənistan arasında sərhədlərin bağlanması ilə bağlı bütün xəbərləri təkzib edib, lakin onların öz mövcudluqları ilə Ermənistanın inkişafına hansı zərəri vurduqlarını dərk edib-etmədikləri aydın deyil”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mühasirə  


Bizi "telegram"da izləyin