Paşinyan Sərdarabada getməyəcək

2024/05/image-1716880349.jpg
Oxunub: 213     11:43     28 May 2024    
Nikol Paşinyan Sərdarabada getməyəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, Baqrat Srbazan Sərdarabadda gecələmək üçün Sərdarabad memorialına doğru yürüş etdiklərini elan etdikdən sonra belə bir qərar verilib.

“Bizə deyiblər ki, Paşinyan Ermənistan prezident iqamətgahında bayram münasibətilə hərbçiləri medallarla təltif edəcək, daha sonra isə Aparana, Baş-Aparan döyüşünün xatirə kompleksinə gedəcək. Paşinyan vəzifəyə gəldikdən sonra ilk dəfədir ki, Sərdarabada gəlmir. Qeyd edək ki, abidəyə Baqrat Srbazanla birlikdə minlərlə şəxs gəlib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Sərdarabad  


Bizi "telegram"da izləyin