Ermənistanda Xarici Kəşfiyyat Xidmətinin rəhbəri intim xarakterli videolarla təhdid edilir

2023/10/xcvxc-1696398979.jpg
Oxunub: 633     11:20     28 May 2024    
“Məlum olur ki, hakimiyyət keçmiş hüquq müdafiəçisi, bir ildən artıqdır Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə təyin edilən və dövrümüzün ən qaranlıq məmurlarından biri olan Kristine Qriqoryanı ciddi sınaqlara məruz qoyub”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrin məlumatlı mənbəsinin məlumatına görə, Qriqoryan hələ ombudsman vəzifəsində olarkən, onun telefonuna dinləmə proqramlarını “qurmağa” çalışdıqlarını aşkar edib.

“Bəli, təəccüblənməyin, bizdə təkcə müxalifəti yox, hətta iqtidardakıları da dinləyirlər. Telefonuna xaricdən müdaxilə edildiyi barədə müvafiq xidmətlərdən bildiriş alan Qriqoryan dərhal bunu edənin xüsusi xidmət orqanları olub-olmadığını öyrənmək üçün xüsusi xidmət orqanlarına müraciət edib. Milli Təhlükəsizlik Xidmətindən təkzib aldıqdan sonra o bu məsələ ilə bağlı hay-küy salmaq niyyətində olduğunu bəyan edir, həmçinin beynəlxalq strukturlara bəzi şəxslərin Ermənistan Ombudsman Aparatını dinləməyə çalışdıqlarını bildirir. Mənbəmiz bildirir ki, bu “təhlükə”dən sonra xüsusi xidmət orqanları mövqeyini dəyişərək, ombudsmana anlaşılmazlıq olduğunu, onu dinləmək fikrində olmadıqlarını, proqramın səhvən telefonuna quraşdırıldığını bildiriblər və bağışlamasını xahiş ediblər. Lakin hüquq-mühafizə sistemində deyirlər ki, bu müddət ərzində xüsusi xidmət orqanları artıq onun telefonundan xeyli material çıxara biliblər və bunlar kompromat kimi saxlanılır, söhbət “intim xarakterli” materiallardan gedir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Xarici-Kəşfiyyat-Xidməti   Şantaj  


Bizi "telegram"da izləyin