ABŞ HHQ nəhəng tuşlama dəsti sifarişi verib

2024/05/1716877312.jpg
Oxunub: 182     12:12     28 May 2024    
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) nəhəng tuşlama dəsti sifarişi verib.

Ordu.az xəbər verir ki, “Boeing Defense” ABŞ Müdafiə Nazirliyi ilə ABŞ HHQ üçün JDAM dəqiq tuşlama dəsti istehsalı və inteqrasiya olunmuş logistik dəstək təmin etmək üçün 7,48 milyard dollar dəyərində müqavilə imzalayıb.

ABŞ Müdafiə Nazirliyinin açıqlamasında “Boeing Defense” şirkəti ilə qeyri-müəyyən miqdarda Birgə Birbaşa Hücum Sursatlarının dəqiq tuşlama dəstlərinin tədarükü üçün 7,48 milyard dollar dəyərində yeni müqavilə imzalandığı bildirilib.

Qeyd olunub ki, müqavilə çərçivəsində “Boeing” JDAM quyruq dəstləri, ehtiyat hissələri, təmir və texniki dəstək, lazerlə idarə olunan JDAM dəstləri üçün lazer axtarış başlığı sensorları təqdim edəcək.

Vurğulanıb ki, müqaviləyə uyğun olaraq tədarüklərin 2030-cu il fevralın 29-na qədər başa çatdırılması nəzərdə tutulur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ  


Bizi "telegram"da izləyin