6 NATO ölkəsi Rusiya sərhədində “PUA divarı” yaradacaq

2024/05/zxc-1716883735.jpg
Oxunub: 160     11:29     28 May 2024    
“Dünya Pilotsuz Uçuş Aparatlarının (PUA) sürətli inkişafını müşahidə edərkən, NATO ölkələri alyansın şərq cinahını qorumaq üçün “PUA divarı” quracaqlar”.

Ordu.az xəbər verir ki, bunu Litvanın daxili işlər naziri Aqne Bilotayte BNS-ə verdiyi açıqlamada deyib.

“Norveçdən Polşaya qədər uzanan “PUA divarı” yaradacağıq. Bu, tamamilə yeni bir layihədir”, - deyə o qeyd edib.

Nazir bildirib ki, layihənin məqsədi Rusiya-Avropa İttifaqı sərhədində PUA-ların və digər insansız hücum elementlərinin qarşısını almaqdır.

Ukraynada iki ildən artıqdır davam edən müharibə PUA-larda böyük yeniliklərə səbəb olub. Moskva və Kiyevin bir-birindən bir addım öndə olmaq üçün mübarizə apardığı Ukrayna səmasında bir çox PUA-lar yarışır.

Plana görə, Baltikyanı ölkələr Litva, Latviya və Estoniya ilə yanaşı, Polşa, Finlandiya və Norveç də bu təşəbbüsdə iştirak edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya   PUA-divarı  


Bizi "telegram"da izləyin