Böyük Britaniya “DragonFire” lazer silahı üçün maliyyəni artırıb

2024/05/dsd66-1716880001.jpg
Oxunub: 111     10:00     28 May 2024    
Böyük Britaniyanın Müdafiə Nazirliyi ölkənin xüsusilə dəniz elementlərinə inteqrasiya etməyi planlaşdırdığı “DragonFire” Lazer Yönləndirilmiş Enerji Silahları proqramı üçün maliyyəni artırdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Britaniya MN-in açıqlamasında bildirilib.

Qeyd olunub ki, 2024-cü ilin aprelində müdafiə naziri tərəfindən açıqlanan sürətləndirilmiş “DragonFire” Lazer Yönləndirilmiş Enerji Silahları proqramı minimum yerləşdirmə qabiliyyətini təmin etmək üçün 2027-ci ilin aprelinə qədər əlavə 350 milyon funt-sterlinq alacaq.

“DragonFire” platforması 100 milyon funt-sterlinq maliyyə vəsaiti ilə hazırlanıb. Davam edən proqramın Böyük Britaniyanın gələcək silah sistemləri üçün əsas yaradacağı gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Böyük-Britaniya   DragonFire  


Bizi "telegram"da izləyin