Bağdadın ən hündür binalarından biri Azərbaycan bayrağı ilə işıqlandırılıb

2024/05/1716875234.jpg
Oxunub: 112     09:39     28 May 2024    
İraqın paytaxtı Bağdadda 28 May - Müstəqillik Günü münasibətilə ən hündür binalarından birində Azərbaycan bayrağı proyeksiya edilib.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov "X" hesabında paylaşım edib.

"Azərbaycan Respublikasının milli bayramı, 28 May - Müstəqillik Günü münasibətilə Bağdadın ən hündür binalarından birində dövlət bayrağımız işıqlandırılıb. Təşəkkürlər İraq!", - deyə paylaşımda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Bağdad  


Bizi "telegram"da izləyin