Dövlət katibi: "ABŞ COP29-u uğurlu etmək üçün Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyir"

2024/05/downl-1716874358.jpg
Oxunub: 110     09:16     28 May 2024    
Birləşmiş Ştatlar Azərbaycanın Bakıda COP29-a ev sahibliyi etməsini alqışlayır.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyilir.

"Birləşmiş Ştatlar Azərbaycanın Bakıda COP29-a ev sahibliyi etməsini alqışlayır və biz uşaqlarımız və nəvələrimizə daha dayanıqlı və davamlı iqlim gələcəyi təmin etmək məqsdilə COP-u uğurlu etmək üçün Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik", - Blinken vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   COP29  


Bizi "telegram"da izləyin