Suren Papikyan və Belçika Baş nazirinin müavini müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər - YENİLƏNİB

2023/04/papik-1680938413.jpg
Oxunub: 277     14:05     28 May 2024    
Brüsseldə Ermənistanın müdafiə naziri Suren Papikyanla Belçikanın Baş nazirinin müavini David Klarinval arasında keçirilən görüşdə müdafiə sahəsində əməkdaşlığın qurulması perspektivləri müzakirə olunub.

Ordu.az “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

S.Papikyan ölkənin silahlı qüvvələrində aparılan islahatların gedişatını və hədəflərini təqdim edib.

NATO və Aİ çərçivəsində əməkdaşlıq məsələləri, regional təhlükəsizlik məsələləri də müzakirə edilib.

***

Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti Belçikanın paytaxtı Brüsselə yollanıb.

Ordu.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

S.Papikyanın səfəri işgüzar xarakter daşıyır.

Səfərin digər təfərrüatları barədə məlumat verilmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN   Brüssel  


Bizi "telegram"da izləyin