Venesuelanın vitse-prezidenti: "Ölkənin parlaq gələcəyi üçün mübarizə aparmağa hazırıq"

2024/05/4d70c-1716830591.jpg
Oxunub: 130     21:20     27 May 2024    
Venesuelalılar ölkə üçün mübarizə aparmağa və özləri üçün parlaq gələcəyi təmin etməyə hazırdırlar.

Ordu.az xəbər verir ki, bunu Venesuelanın vitse-prezidenti Delsi Rodriqes ölkədə keçiriləcək seçkilərə həsr olunmuş onlayn mətbuat konfransında deyib.

“Bizə müstəqilliyi heç kim vermədi, onun uğrunda mübarizə apardıq, vuruşduq. Biz o dövrün müstəmləkəçi dövlətləri qarşısında müstəqilliyimizin təməl daşını qoyacaq qədər irəli getdik. Lakin 200 ildən çox vaxt keçdikdən sonra Venesuela yenidən eyni geosiyasi münaqişənin içindədir”, - o vurğulayıb.

Qeyd edək ki, Venesuelada prezident seçkiləri iyulun 28-də keçiriləcək.

Nikolas Maduro üçüncü dəfədir ki, ölkə prezidentliyinə namizəddir. Venesuela Konstitusiyası Prezidentin və digər seçilmiş vəzifələrə təkrar seçilmə sayına məhdudiyyət qoymur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Venesuela   Vitse-prezident  


Bizi "telegram"da izləyin