Rumıniya Prezidenti: "Azərbaycan Cənubi Qafqaz regionunda yaxın və etibarlı strateji tərəfdaşdır"

2024/05/66549-1716821774.jpg
Oxunub: 125     17:56     27 May 2024    
Azərbaycan Rumıniya üçün Cənubi Qafqaz regionunda yaxın və etibarlı strateji tərəfdaşdır.

Ordu.az xəbər verir ki, bu fikirləri Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunda bildirib.

“Sizi əmin edirəm ki, Rumıniya strateji tərəfdaşlığımızı gücləndirmək üçün ciddi səylər göstərir. Mən tam inanıram ki, bizim birgə səylərimizlə ikitərəfli əməkdaşlıq enerji, nəqliyyat, təhsil, ticarət və investisiya kimi böyük əhəmiyyət kəsb edən sahələrdə bundan sonra da inkişaf edəcəkdir.

Eyni zamanda, Rumıniya Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında dialoqu dəstəkləmək üçün qətiyyətlə fəaliyyət göstərməyə davam edəcəkdir”, - məktubda vurğulanır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   Azərbaycan  


Bizi "telegram"da izləyin