İsxak Hersoq: "COP29-da iştirakı səbirsizliklə gözləyirəm"

2023/05/6475e-1685450697.jpg
Oxunub: 200     17:04     27 May 2024    
İsrail Dövlətinin Prezidenti İsxak Hersoq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün ona göndərilən dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Ordu.az xəbər verir ki, İsrail lideri bunu Azərbaycanın Müstəqillik Günü ilə bağlı Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubunda deyib.

"İqlim dəyişikliyi ilə bağlı məsələlərin həlli yollarının tapılmasına yönəlmiş bu mühüm beynəlxalq toplantıya ev sahibliyi etməyə hazırlaşdığınız vaxtda Sizə uğurlar arzulayıram. Mən şəxsən bu ilin sonunda bu mühüm tədbirdə iştirakı səbirsizliklə gözləyirəm", - məktubda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsxak-Hersoq   COP29  


Bizi "telegram"da izləyin