Fransa Yeni Kaledoniyada fövqəladə vəziyyəti ləğv edəcək

2024/05/1716800961.jpg
Oxunub: 132     13:04     27 May 2024    
Fransa hakimiyyəti Yeni Kaledoniyada etirazlarla əlaqədar mayın 15-də tətbiq edilən fövqəladə vəziyyəti ləğv etmək qərarına gəlib.

Ordu.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Fransanın bu dənizaşırı ərazisinin Ali Komissarlığının ofisinin yaydığı məlumatda qeyd edilib.

“Son 24 saat ərzində vəziyyətin sabitləşməsi tendensiyası müşahidə olunub. Yeni Kaledoniyada fövqəladə vəziyyət mayın 28-də yerli vaxtla səhər saat 5:00-dan etibarən ləğv ediləcək”, - məlumatda bildirilib.

Amma qeyd edilib ki, hüquq-mühafizə orqanları yüksək döyüş hazırlığı vəziyyətində olmağa davam edəcək. Hakimiyyət həmçinin axşam və gecə saatlarında qüvvədə olan komendant saatını hələ ki, ləğv etmək niyyətində deyil.

Ali Komissarlığın ofisinin məlumatına görə, etirazlar zamanı 460-dan çox adam saxlanılıb, 2-si jandarma olmaqla 7 nəfər öldürülüb. 122 hüquq-mühafizə orqanı əməkdaşı isə yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Yeni-Kaledoniya   Fövqəladə-vəziyyət  


Bizi "telegram"da izləyin