Şolts Ukraynanın Rusiyadakı hərbi hədəflərə qarşı Qərb silahlarından istifadə etməsinə qarşı olduğunu bildirib

2024/05/2024--1716797820.jpg
Oxunub: 110     12:51     27 May 2024    
Almaniya kansleri Olaf Şolts Ukraynanın Rusiyadakı hərbi hədəflərə qarşı Qərb silahlarından istifadə etməsinə qarşı olduğunu bildirib.

Ordu.az xəbər verir ki, o, tədarük edilən silahların istifadə edilməsi ilə bağlı dəqiq qaydaların olduğunu deyib.

“Tədarük etdiyimiz silahların istifadə edilməsi ilə bağlı dəqiq qaydalarımız var. Biz bu qaydalarla bağlı Ukrayna ilə razılaşdıq və bunlar qüvvədədir”, - deyə Şolts qeyd edib.

Almaniya kansleri vurğulayıb ki, bu qaydaların dəyişdirilməsinə heç bir əsas yoxdur.

NATO Baş katibi Yens Stoltenberq daha əvvəl “The Economist”ə müsahibəsində bildirib ki, NATO müttəfiqləri Ukraynanın beynəlxalq səviyyədə tanınan Rusiya ərazisində yerləşən hərbi obyektlərə zərbələr endirmək üçün Qərb silahlarından istifadə etməsinə icazə verməyi düşünməlidirlər.

Almaniya Ukraynanın ABŞ-dən sonra ikinci ən böyük silah tədarükçüsüdür. Ukraynaya hərbi dəstək üçün təxminən 28 milyard avro xərcləyib.

Lakin Rusiya rəsmiləri Qərb silahlarının Rusiyanın öz məqsədlərinə çatmasına mane olmayacağını deyirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna   ABŞ  


Bizi "telegram"da izləyin