Yaponiya ilk dəfə ABŞ-nin “Valiant Shield” hərbi təlimində iştirak edəcək

2024/05/2024--1716797749.jpg
Oxunub: 128     16:14     27 May 2024    
Yaponiya ABŞ-nin Sakit okeanda ilk dəfə keçirəcəyi “Valiant Shield” hərbi təlimində iştirak etməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, təlimdə Yaponiya ordusundan 4 minə yaxın şəxsi heyət, Yaponiya Özünümüdafiə Qüvvələrinə məxsus 130 vasitə və 60 təyyarə iştirak edəcək.

Yaponiya Çinin Hind-Sakit okeanda artırdığı təsir və Şimali Koreyanın hədələyici raket sınaqları qarşısında hərbi koordinasiyanı artırmağa çalışır.

Yaponiyanın müdafiə naziri Kihara Minoru verdiyi açıqlamada ölkəsinin ABŞ-nin təşkil etdiyi “Valiant Shield” təliminə ilk dəfə qatılacağını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   ABŞ   Valiant-Shield  


Bizi "telegram"da izləyin