Yunanıstan HDQ suüstü parkının modernləşdirilməsi planını açıqlayıb

2024/05/2024--1716797473.jpg
Oxunub: 135     16:32     27 May 2024    
Bir yunan dəniz zabiti Avropanın ən böyük illik dəniz tədbiri olan 2024-cü il “Combined Naval Event (CNE) 2024”də Yunanıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) ümumi suüstü parkının modernləşdirilməsi planını təqdim edib.

Ordu.az xəbər verir ki, CNE 2024-də keçirilən Dəniz Liderləri Konfransında Yunanıstan HDQ-nin Silahlanma Müdirliyinin direktor müavini Panayotis Karavas Yunanıstan HDQ-nin suüstü parkının qarşıdan gələn modernləşdirilməsi ilə bağlı yeni detalları açıqlayıb.

Karavas bildirib ki, Yunanıstan HDQ-nin üzləşdiyi ən böyük problem bir neçə ildir böyük gəmilər, xüsusilə də freqatlar üçün su üzərində modernləşdirmə planının olmamasıdır.

O qeyd edib ki, buna görə də əsas məqsəd bu modernləşməni başa çatdırmaqdır.

Karavas vurğulayıb ki, Yunanıstanın müdafiə nazirinin açıqlamalarına uyğun olaraq bunun 2030-cu ilə qədər və ya qısa müddət sonra həyata keçirilməsi gözlənilir.

O deyib ki, orta ölçülü bir donanma olan Yunanıstan HDQ fərqli və bahalı texniki xidmət tələbləri olan bir çox gəmi tipinə texniki qulluq göstərə bilməz. Buna görə HDQ öz parkının standartlaşdırılmasına diqqət yetirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   HDQ  


Bizi "telegram"da izləyin