İspaniya Aİ tərəfdaşlarından İsraillə bağlı BCM-yə dəstək vermələrini xahiş edəcək

2024/05/1716796355.jpg
Oxunub: 100     11:50     27 May 2024    
İspaniya Avropa İttifaqı ölkələrindən Beynəlxalq Cinayət Məhkəməsinə (ICJ) İsraillə bağlı qərarda dəstək verməyi xahiş edəcək.

Ordu.az xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Brüsseldə İrlandiya və Norveç xarici işlər nazirləri ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

İspaniyalı nazir bildirib ki, o, digər Aİ ölkələrindən Beynəlxalq Cinayət Məhkəməsinə (ICJ) İsraillə bağlı mövqeyində rəsmi dəstək vermələrini xahiş etməyi planlaşdırır:

"Mən digər 26 tərəfdaşdan Beynəlxalq Cinayət Məhkəməsini və onun qərarını dəstəklədiklərini bəyan etmələrini xahiş edəcəyəm və həmçinin əgər İsrail Məhkəmənin bu rəyinə qarşı çıxmağa davam edərsə, biz bunu həyata keçirmək üçün müvafiq tədbirlər görməyə çalışacağıq".

Brüsseldə jurnalistlərə açıqlama verən Albares Aİ ölkələrinin lazım gələrsə, Beynəlxalq Məhkəmənin təlimatlarına əməl etməsi üçün İsrailə təzyiq edə biləcəyinə diqqət çəkib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya    


Bizi "telegram"da izləyin