Belçika Azərbaycana yeni səfir təyin edib

2024/05/1716796096.jpg
Oxunub: 139     11:44     27 May 2024    
Jyulen de Frepon Belçikanın Azərbaycandakı yeni səfiri təyin edilib.

Bu barədə Ordu.az-ın sorğusuna cavab olaraq Krallığın Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, o, hazırda xarici işlər nazirinin Avropa məsələləri və xarici ticarət üzrə müşaviri vəzifəsini tutur.

Qeyd edək ki, Belçikanın Azərbaycandakı hazırkı səfiri Mişel Pitersmans diplomatik missiyasını bu ilin yayında başa vuracaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belçika   Azərbaycan  


Bizi "telegram"da izləyin