ABŞ Braziliyaya UH-60M “Black Hawk” helikopterlərinin satışına icazə verib

2024/05/1716795482.jpg
Oxunub: 134     18:37     27 May 2024    
ABŞ Braziliyaya UH-60M “Black Hawk” helikopterlərinin satışına icazə verib.

Ordu.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) tərəfindən Braziliya hökumətinə UH-60M “Black Hawk” ümumi məqsədli helikopterlərinin, habelə əlaqəli logistika və proqram dəstəyi elementlərinin satışına icazə verilməsi üçün bildiriş verilib.

DSCA tərəfindən 2024-cü il martın 12-də yayımlanan bildirişdə Xarici Hərbi Satış (FMS) proqramı ilə Braziliyaya 450 milyon dollar dəyəirndə UH-60M “Black Hawk” ümumi məqsədli helikopterləri və əlaqəli dəstək avadanlıqlarını ehtiva edən “Böyük Müdafiə Avadanlığı” alışı ilə 500 milyon dollar dəyərində digər avadanlıq və xidmətlərin satışı əhatə edən silah satışına ABŞ Dövlət Departamenti tərəfindən icazə verildiyi, satışın təsdiqlənməsi üçün Konqresə göndərildiyi bildirilib.

İcazə verilən satışa 12 ədəd UH-60M “Black Hawk” ümumi məqsədli helikopteri, 10-u ehtiyat olmaqla, 34 ədəd T700-GE-701D mühərriki, ətalətli naviqasiya və ya funksional ekvivalentə sahib 28 ədəd EAGLE-M Quraşdırılmış Qlobal Mövqeləşdirmə Sistemi, 24 ədəd AN/ARC-231A radio sistemi və müvafiq dəstək avadanlıqları, texniki və logistik dəstək, personal təlimi daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Braziliya   UH-60M   Black-Hawk  


Bizi "telegram"da izləyin