“Fergani” peykinin mühərriki sınağı keçdi: “Baykar”dan kosmos addımı

2024/05/Ferga-1716795020.jpg
Oxunub: 139     13:19     27 May 2024    
“Baykar” tərəfindən inkişaf etdirilən “Fergani” peykinin hidrogen peroksid kosmik mühərrikinin işəsalma sınağı uğurla həyata keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə “Baykar” İdarə Heyətinin sədri Selçuk Bayraktar bildirib.

Dünyanın lider zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) istehsalçısı olan “Baykar” müdafiə sənayesindəki uğurunun ardınca “Fergani” vasitəsilə kosmos sahəsinə daxil olaraq, əhəmiyyətli bir addım atıb.

Bu inkişafla “Baykar” Türkiyənin kosmos sənayesinə töhfə vermək məqsədini daha da irəli aparır.

Hidrogen peroksid kosmos mühərrikinin işəsalma sınağı “Baykar”ın kosmos layihələri çərçivəsində atdığı ən əhəmiyyətli addımlardan biri olaraq diqqət çəkir.

Bu sınağın uğurla başa çatması gələcək kosmik missiyalar üçün mühüm təməl qoyur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Baykar   Kosmos   PUA  


Bizi "telegram"da izləyin