İspaniya Ukraynaya 1,1 milyard avroluq silah tədarük edəcək

2024/05/1716792109.jpg
Oxunub: 146     10:37     27 May 2024    
İspaniya Ukraynaya rekord məbləğdə 1,129 milyard avro dəyərində hərbi yardım paketi təqdim edəcək.

Ordu.az xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.

Bildirilib ki, mayın 27-də Ukrayna Prezidenti Volodimir Zelenski Madridə səfəri zamanı kral VI Filipp, eləcə də ölkənin Baş naziri Pedro Sançeslə görüşəcək. Tərəflər ikitərəfli təhlükəsizlik barədə saziş imzalayacaq.

Bura geniş çeşiddə hərbi texnikanın, o cümlədən “Patriot” raketlərinin yeni partiyasının, 19 “Leopard 2A4” tankının, eləcə də İspaniyada istehsal olunan çoxlu sayda materialların tədarükü daxildir.

Qeyd edək ki, V.Zelenski mayın 17-də İspaniyaya səfər etməyi planlaşdırırdı, lakin səfəri ləğv etmək məcburiyyətində qalıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   Ukrayna  


Bizi "telegram"da izləyin