Daşnaksütun üzvü: “Müharibə vəziyyəti olarsa, Fransa qoşun göndərməyəcək”

2024/05/timth-1716791801.jpg
Oxunub: 192     16:09     27 May 2024    
“Yaranmış vəziyyətdən çıxmaq üçün hakimiyyət istefaya getməli, yeni hökumət yaradılmalı, yeni müttəfiqlik münasibətləri yaranmalıdır ki, Türkiyə və Azərbaycan Ermənistana qarşı hərbi əməliyyat aparmasınlar”.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fransadakı erməni şirkətlərinin koordinasiya şurasının sədri, Daşnaksütun bürosunun üzvü Murad Papazyan deyib.

“Niyə də yox, Qərb ölkələri, Rusiya ilə də münasibətləri yenidən qurmaq lazımdır? Bu, strateji prioritetdir, Ermənistanda anti-Rusiya hökuməti qurmaq olmaz. Bu gün xəritəyə baxsanız, aydın olar ki, Ermənistan rəqiblərlə əhatə olunub və biz dostumuzu, tərəfdaşımızı düşmənə çevirmişik”, - deyə o qeyd edib.

Papazyan bildirib ki, o, Ermənistanın Qərblə münasibət qurmasının əleyhinə deyil, lakin Aİ Türkiyəyə Qafqaz məsələləri ilə məşğul olmaq səlahiyyəti vermək istəyəndə, Türkiyənin Ermənistan üçün neytral tərəfdaş olmadığı aydın olur.

“Müharibə vəziyyəti olarsa, Fransa qoşun göndərməyəcək, hərbi əməkdaşlığı intensivləşdirəcək, lakin qoşun göndərməyəcək”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan   Ermənistan   Fransa  


Bizi "telegram"da izləyin