“Müasir dünyada delimitasiya aparılmış sərhəddən daha effektiv təminat yoxdur” - Paşinyan

2024/05/1716791362.jpg
Oxunub: 185     11:38     27 May 2024    
“Əvvəla, mən öz mövqeyimi bir daha demək istəyirəm ki, müasir dünyada delimitasiya aparılmış sərhəddən daha effektiv təminat yoxdur”.

Ordu.az xəbər verir ki, bunu Erməniastanın Baş naziri Nikol Paşinyan Voskepar kəndinin sakinləri ilə söhbəti zamanı deyib.

O, sərhədin təhlükəsizliyi ilə bağlı narahatlığını bildirən Voskepar sakinlərindən birinin sualını belə cavablandırıb.

“Konkret olaraq evimiz 500-600 metr aralıda yerləşir. Piyada gəlsə, azərbaycanlı mənim evimə 2-3 dəqiqəyə çatar”, - deyə Voskepar sakini bildirib.

Voskepar sakini Paşinyandan soruşub ki, onların özlərini bir az təhlükəsiz hiss edə biləcəyi, amma bunun sərhədsiz, silahsız və ya sursatsız olacağı hər hansı bir mexanizm varmı?

Cavabında Paşinyan öz mövqeyini təkrarlayıb ki, müasir dünyada delimitasiya aparılmış sərhəddən daha effektiv təminat yoxdur.

“Ancaq bununla kifayətlənməyəcəyik. Bağanisdə fürsət olmadı, demədim. İndi biz bütün sərhəd boyu, bütün demarkasiya aparılmış sərhəd boyu razılığa gəlmişik və Azərbaycanla Ermənistanın sərhəd xidmətləri sərhəd xəttindən 5 metr məsafədə bütün demarkasiya aparılmış sərhəd boyu hər iki tərəfdə 2 metrlik tikanlı məftilli hasar çəkəcək”, - deyə Paşinyan vurğulayıb.

Daha sonra Ermənistan Baş naziri bir daha Ermənistanın xəritəsini göstərib.

“Bu, Ermənistan ərazisinin ifadə olunduğu xəritədir. Mən sizə zəmanət verirəm ki, Ermənistan ərazisindən bir millimetr olsa belə torpaq verilməyib. Başa düşürsünüz? Demarkasiya nəticəsində bir millimetr də belə torpaq güzəştə gedilməyib. Başa düşürsünüz? Bu, çox vacib bir şeydir. Və bu uşaqların torpağı buradadır. Onlar burada yaşayacaqlar. Sualınız tamamilə doğrudur. Onlar burada təhlükəsizlik təhdidləri olmadan yaşamalıdırlar. Və bu bizim problemimizdir”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Delimitasiya  


Bizi "telegram"da izləyin