Çində qlobal təhlükəsizlik üzrə forum keçiriləcək

2024/05/1716788045.jpg
Oxunub: 146     09:31     27 May 2024    
Çinin İctimai Təhlükəsizlik Nazirliyi sentyabr ayında Lyanyunqan şəhərində (Tszyansu əyaləti) qlobal təhlükəsizlik üzrə beynəlxalq forum keçirəcək.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin İctimai Təhlükəsizlik Nazirliyinin rəsmi nümayəndəsi Li Qoçjun məlumat verib.

“Bu foruma onlarla ölkələrin hüquq-mühafizə orqanlarının rəhbərlərinin dəvət ediləcəyi, bir çox hüquqi məsələlərin müzakirəsi planlaşdırılır”, - o qeyd edib.

L.Qoçjun Pekinin bu forumun qlobal təhlükəsizlik məsələlərinin müzakirəsi üçün ən böyük beynəlxalq platformaya çevrilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ÇinQlobal-təhlükəsizlik   Forum  


Bizi "telegram"da izləyin