Çin Yaponiya ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib

2023/06/1686208035.jpg
Oxunub: 103     08:16     27 May 2024    
Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Tsyan Yaponiyanın Baş naziri Fumio Kişida ilə görüşdə ölkələr arasında münasibətləri konsensus əsasında inkişaf etdirməyə hazır olduğunu bəyan edib.

Ordu.az-ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyi xəbər verib.

Məlumata əsasən, həmin konsensus Yaponiya Nazirlər Kabinetinin rəhbərinin Çin lideri Si Tszinpinlə ötən ilin noyabrında San-Fransiskoda görüşündə əldə olunub.

Çinin Baş naziri deyib ki, tarixi problemlər və Tayvan məsələsi “Çin-Yaponiya münasibətlərinin siyasi əsasları ilə bağlı əsas fundamental məsələlərdir”:

"Tayvan məsələsi Çinin əsas maraqlarının mərkəzində dayanır və qırmızı xəttdir. Ümid edirəm ki, Yaponiya öz vədlərini yerinə yetirəcək və iki ölkə arasında münasibətlərin davamlı inkişafı üçün müsbət atmosfer yaradacaq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Yaponiya  


Bizi "telegram"da izləyin