İsrail ordusu HƏMAS-ın qərargah rəhbərini Rəfahda hava zərbəsi nəticəsində məhv edib

2024/03/1709615214.jpg
Oxunub: 158     03:54     27 May 2024    
Qəzza zolağının cənubundakı Rəfahda hava hücumu nəticəsində "HƏMAS" hərəkatının İordan çayının qərb sahilindəki qərargahının rəhbərinin zərərsizləşdirilib.

Ordu.az-ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

"İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə, ÇAXAL və ŞABAK (İsrail Ümumi Təhlükəsizlik Xidməti) kəşfiyyat məlumatlarına əsaslanan zərbə nəticəsində HƏMAS-ın Yəhudeya və Samariyadakı qərargahının komandiri, terrorçu Yasin Rabianı, eləcə də HƏMAS qanadının Yəhudeya və Samariyada yüksək vəzifəli nümayəndəsi Xalid Naqaranı məhv edib", - deyə bildirilib.

Bildirilib ki, zərbə dəqiq kəşfiyyat məlumatlarına əsasən Rəfahın şimal-qərbindəki Tal əl-Sultan bölgəsində endirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HƏMAS   Rəfah  


Bizi "telegram"da izləyin