Tayvan ABŞ ilə əməkdaşlığı gücləndirməyə davam etdiyini bildirib

2024/05/1716787500.jpg
Oxunub: 129     08:53     27 May 2024    
Tayvan ABŞ ilə əməkdaşlığı gücləndirməkdə davam etmək niyyətindədir.

Ordu.az Tayvanın “Minşi Sinvenvan” telekanalına istinadən xəbər verir ki, bunu ada administrasiyasının rəhbəri Lay Sinde Taybeydə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkolun (respublikaçı, Texas ştatı) başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

“Biz regional sülhü, sabitliyi, rifahı və inkişafı birgə qorumaq üçün Birləşmiş Ştatlar və digər həmfikir ölkələrlə əməkdaşlığı dərinləşdirməyə davam edəcəyik”, – o qeyd edib.

Xatırladaq ki, mayın 20-də Sinde Tayvanın rəhbəri vəzifəsinin icrasına başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   ABŞ  


Bizi "telegram"da izləyin