Çinin hüquq-mühafizə orqanları 2 milyona yaxın kibercinayətin üstünü açdığını bildirib

2024/05/1716787453.jpg
Oxunub: 111     08:47     27 May 2024    
Çin hüquq-mühafizə orqanları son 5 ildə 1,9 milyon kibercinayətin üstünü açıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyinin rəsmi nümayəndəsi Li Qoçjun brifinqdə açıqlayıb.

“Son beş il ərzində telekommunikasiya və internet sahəsində ümumilikdə 1 milyon 945 min dələduzluq faktının üstü açılıb”, –hüquq-mühafizə orqanının sözçüsü diqqətə çatdırıb.

Eyni zamanda, onun sözlərinə görə, səkkiz ayda belə cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz azalıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Kibercinayət  


Bizi "telegram"da izləyin