Hua Çunyin ÇXR-in xarici işlər nazirinin müavini təyin edilib

2024/05/1716787267.jpg
Oxunub: 126     08:20     27 May 2024    
Çin Xalq Respublikasının (ÇXR) Dövlət Şurası ölkənin Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat şöbəsinin rəhbəri Hua Çunyini xarici işlər nazirinin müavini təyin edib.

Ordu.az xəbər verir ki, bu barədə Çinin İnsan Resursları və Sosial Təminat Nazirliyinin saytında bildirilib.

Qeyd edək ki, Hua Çunyin 2021-ci ildən İnformasiya və mətbuat şöbəsinin rəhbəri, həmçinin ÇXR XİN başçısının köməkçisi vəzifələrində çalışıb. 1992-ci ildən Çin Xarici İşlər Nazirliyində işləyir. O, əvvəllər Çinin Sinqapurdakı səfirliyində, eləcə də Çinin Avropa İttifaqındakı diplomatik nümayəndəliyində fəaliyyət göstərib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hua-Çunyin   ÇXR  


Bizi "telegram"da izləyin