Zelenski Madridə səfər edəcək

2024/05/1716624144.jpg
Oxunub: 115     05:12     27 May 2024    
Mayın 27-də Ukrayna Prezidenti Volodimir Zelenski İspaniyanın paytaxtı Madridə səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə İspaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda Zelenskinin İspaniyanın Baş naziri Pedro Sançeslə görüşəcəyi, bundan sonra liderlərin yerli vaxtla saat 12:00-da Madriddə birgə mətbuat konfransı keçirəcəyi qeyd edilib.

Həmçinin Ukrayna lideri İspaniya kralı VI Felipe ilə də görüşəcək.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski cəbhədə vəziyyətin gərginləşməsi ilə əlaqədar İspaniya və Portuqaliyaya səfərini ertələmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Madrid   Səfər  


Bizi "telegram"da izləyin