İsrail Müdafiə Qüvvələri ölkənin mərkəzini atəşə tutan raket qurğusunu zərərsizləşdirib

2024/05/1716786544.jpg
Oxunub: 118     03:09     27 May 2024    
İsrail Müdafiə Qüvvələri mayın 26-da yəhudi dövlətinin mərkəzinə səkkiz raket atmış Rəfahdakı raket qurğusunu zərərsizləşdirdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

“Bazar günü Rafah bölgəsindən İsrailin mərkəzinə doğru səkkiz raket buraxılıb. Bundan az sonra İsrail HHQ İsrailin mərkəzi hissəsinin atəşə tutulduğu Rəfah bölgəsindəki iki məscidin yaxınlığında yerləşən reaktiv yaylım atəşi sistemini vurub”, – açıqlamada qeyd olunub.

Mətbuat xidmətinin sözlərinə görə, bu hücum “HƏMAS terror təşkilatının mülki ərazilərdən öz terror fəaliyyətləri, o cümlədən İsrail mülki əhalisinə raket hücumları üçün sistemli şəkildə istifadə etməsinin növbəti sübutudur”.

Xatırladaq ki, mayın 26-da günorta saatlarında Qəzza zolağından İsrailin mərkəzinə azı səkkiz raket buraxılıb ki, bu da son dörd ayda Rəfahdan İsrailin mərkəzinə edilmiş ilk raket hücumu olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Raket   Hücum  


Bizi "telegram"da izləyin