Reuters: ABŞ İsveçrədə keçiriləcək “Sülh Sammiti”ndə iştirak edəcək

2024/05/1716786387.jpg
Oxunub: 128     02:34     27 May 2024    
ABŞ nümayəndə heyəti İsveçrədə keçiriləcək Sülh Sammitində iştirak edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” amerikalı rəsmiyə istinadən bildirib.

Agentliyin məlumatına görə, ABŞ administrasiyasının nümayəndələri iyunun 15-16-da İsveçrənin Bürgenştok şəhərində Ukrayna üzrə keçiriləcək konfransda iştirak edəcəklər.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski sammitdə Sülh Formulunun on bəndindən yalnız üçünü müzakirəyə qoyacağını bildirib.

Onun sözlərinə görə, bir çox dövlətlər balanslı mövqe tutur və mürəkkəb məsələləri Rusiya tərəfinin iştirakı olmadan həll etmək istəmir. Bununla əlaqədar olaraq Ukrayna lideri fikir ayrılığına səbəb olan bəndləri çıxarmaq qərarına gəldiyini açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsveçrə   Sülh-Sammiti  


Bizi "telegram"da izləyin