Almaniya kansleri Rusiyanın aylıq itkilərinin sayını açıqlayıb

2024/05/1716786004.jpg
Oxunub: 148     00:18     27 May 2024    
Rusiya hər ay döyüş meydanında 25 min hərbçisindən olur.

Ordu.az “N-TV”yə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Demokratiya festivalındakı forumda söyləyib.

“Hər ay 24 min rusiyalı əsgərin öldüyü və ya yaralandığını bildirən rəqəm var. Hər şey Rusiya Prezidentinin imperialist meqalomaniyası üçündür”, – hökumət başçısı deyib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi müharibədəki itkilərini, demək olar, açıqlamır. Hərbi qurum bunu sonuncu dəfə 2022-ci ilin sentyabrında edib. BBC-nin “Mediazona” nəşri ilə apardığı birgə hesablamaya görə, Rusiya ordusunun Ukraynadakı təsdiqlənmiş itkiləri (ölü) 53 586 nəfərdir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, işğalçı qüvvələrin itkiləri yarım milyondan çoxdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Rusiya   İtki  


Bizi "telegram"da izləyin