Ermənistanla Gürcüstan arasındakı “Sadaxlı” sərhəd-buraxılış məntəqəsi işini dayandırıb

2024/05/1716785953.jpg
Oxunub: 89     23:59     26 May 2024    
Ermənistanda əlverişsiz hava şəraiti ilə əlaqədar Gürcüstan-Ermənistan sərhədindəki “Sadaxlı” keçid məntəqəsi fəaliyyətini dayandırıb.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Qeyd olunub ki, çayın daşması nəticəsində iki ölkəni birləşdirən yol zədələnib, Ermənistan tərəfdəki Baqrataşen keçid məntəqəsinin də işi dayandırılıb.

Hazırda yük maşınları “Ninotsminda” və “Ququti” keçid məntəqələrinə yönləndirilir.

Xatırladaq ki, Ermənistanın şimalında baş verən daşqın nəticəsində üç nəfər ölüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gürcüstan   Sadaxlı  


Bizi "telegram"da izləyin