Ermənistanda tank hərbi avtomobillə toqquşub, ölən və yaralananlar var - YENİLƏNİB

2019/06/fed88-1561786573.jpg
Oxunub: 474     23:51     26 May 2024    
Ermənistanda hərbi təlimlər zamanı tank hərbçiləri daşıyan “URAL” markalı hərbi avtomobillə toqquşub.

Ordu.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində müddətli hərbi qulluqçu əsgər Ararat Aroyan həlak olub, daha 6 əsgər isə yaralanıb.

***

Ermənistanın Müdafiə Nazirliyi hərbi qulluqçusunun öldüyünü açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə hərbi qurumun məlumatında bildirilib.

“Mayın 26-da Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Ararat Arami Mirzoyan naməlum şəraitdə aldığı xəsarətlərdə ölüb”, – MN qeyd edib.

Faktla bağlı araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ordu   Ölüm  


Bizi "telegram"da izləyin