İrəvanda Paşinyanın istefası tələbi ilə aksiya başlayıb

2023/09/fdgf1-1695290623.jpg
Oxunub: 137     16:59     26 May 2024    
İrəvanın Respublika meydanında Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının baş yepiskopu, “Tavuş Vətənin uğrunda” hərəkatının lideri Baqrat Qalstanyan rəhbərliyi ilə mitinq başlayıb.

Ordu.az xəbər verir ki, mitinqdən əvvəl gənclərin İrəvan küçələrində yürüşü olub, daha sonra onlar Respublika meydanına gəliblər.

Mitinq Ermənistan Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin