Gürcüstan 2030-cu ilə qədər Abxaziya və Cənubi Osetiya problemini həll etməyi planlaşdırır

2024/05/1714712972.jpg
Oxunub: 247     17:18     26 May 2024    
Gürcüstan Baş naziri İrakli Kobaxidze 2030-cu ilə qədər Abxaziya və Cənubi Osetiya problemini həll edərək, ölkənin ərazi bütövlüyünü bərpa etməyi planlaşdırdıqlarını bəyan edib.

Ordu.az xəbər verir ki, İrakli Kobaxidze 26 may Müstəqillik Günü ilə bağlı çıxışında deyib ki, məqsədləri “vəd edilmiş torpaqlar”ın qaytarılmasını və ya “gürcü arzusu”nu Gürcüstanın müstəqilliyinin 40-cı ildönümündə reallaşdırmaqdır.

Baş nazir bildirib ki, söhbət konkret 2030-cu ildən gedir: "2030-cu ildə abxaz və osetin qardaş və bacılarımızla vahid və güclü Gürcüstanda yaşamaq arzumuzdur. Vahid və güclü Gürcüstan Avropa ailəsinin tam hüquqlu üzvü olmalıdır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin