İtaliyanın müdafiə naziri: "Baş katib bütün NATO yerinə qərar verə bilməz"

2024/02/65d60-1708528077.jpg
Oxunub: 154     17:17     26 May 2024    
İtaliyanın müdafiə naziri Quido Krosetto NATO-nun Baş katibi Yens Stoltenberqin Kiyevə Qərb silahları ilə Rusiya ərazisinə zərbələr endirməsinə icazə verilməsi ilə bağlı bəyanatını şərh edərək bildirib ki, nə alyansın rəhbəri, nə də ayrı-ayrı dövlətlər bütün NATO yerinə qərar verə bilməz.

Ordu.az xəbər verir ki, bu barədə o, “La Stampa” qəzetinə müsahibəsində deyib.

“NATO-nun Baş katibi və ya ayrı-ayrı ölkə hamı üçün xətti müəyyən edə bilməz. Bu, həm Stoltenberqə, həm də Fransa prezidenti Emmanuel Makrona aiddir. Makron Ukraynaya əsgərlərimizi göndərəcəyimizi söyləyib. Fərdi çıxışların heç bir mənası yoxdur”,- deyə o bildirib.

Krosetto əmindir ki, Ukraynaya yardım göstərərkən eskalasiyaya səbəb olan addımlar atmaq səhv olardı.

“Atəşkəs və açıq sülh danışıqlarına nail olmaq mümkün olmalıdır və Ukraynaya yardımımız bu məqsədə xidmət etməlidir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin