NATO PA-nın yaz sessiyasında müzakirə ediləcək məsələlər açıqlanıb

2024/05/adcd4-1716717002.jpg
Oxunub: 396     13:10     26 May 2024    
Mayın 25-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində NATO Parlament Assambleyasının (PA) yaz sessiyası öz işinə başlayıb.

Bu barədə Ordu.az-a Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyindən məlumat verilib.

Qeyd olunub ki, mayın 27-dək davam edəcək sessiyada Alyansa üzv 32 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndələri iştirak edirlər.

Sessiyanın komitə iclasları çərçivəsində Ukraynada vəziyyət, iqlim və enerji təhlükəsizliyi, Qara dəniz regionunun təhlükəsizliyi, NATO-nun yeni müdafiə planının həyata keçirilməsi və digər mövzularda müzakirələr aparılır.

Tədbirdə Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin və Milli Məclisin nümayəndələri iştirak edirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Azərbaycan  


Bizi "telegram"da izləyin