Tbilisidə hərbi parad keçirilir

2024/05/Ekran-1716708629.jpg
Oxunub: 282     11:07     26 May 2024    
26 may Gürcüstanın Müstəqillik Günü münasibətilə Tbilisidə hərbi parad keçirilir.

Ordu.az xəbər verir ki, mərasimdə Gürcüstan Baş naziri İrakli Kobaxidze, Prezident Salome Zurabişvili, parlament sədri Şalva Papuaşvili, eləcə də digər dövlət və hökumət rəsmiləri iştirak edirlər. Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyin digər əməkdaşları, eləcə də digər ölkələrin diplomatik nümayəndəliklərinin üzvləri iştirak edirlər. Gürcüstan Müdafiə Qüvvələrinin müxəlif qoşun növlərinin iştirak etdiyi paradda ordunun arsenalındakı müxtəlif artilleriya sistemləri nümayiş olunur.

Mərasimdə yeni çağırışçıların andiçmə mərasimi keçirilib.

Müstəqillik Günü ilə bağlı tədbirlər Gürcüstanın 18 şəhərində keçirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tbilisi   Hərbi-parad  


Bizi "telegram"da izləyin