Qəzzada ölənlərin sayı 36 minə çatıb

2024/03/1710143376.jpg
Oxunub: 211     08:11     26 May 2024    
İsraillə son toqquşma başlayandan bəri Qəzzada mülki vətəndaşların ümumi sayı artaraq 35 min 900 nəfərə çatıb.

Ordu.az-ın məlumatına görə, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

“İsrailin oktyabrın 7-dən Qəzza zolağında davam edən təcavüzündə ölü sayı 35 903-ə, yaralılar isə 80 420-ə çatıb”, - hesabatda deyilir.

Departamentin məlumatına görə, son 24 saat ərzində 46 nəfər İsrailin zərbələrindən həyatını itirib. Daha 130 fələstinli müxtəlif dərəcələrdə yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   Ölüm  


Bizi "telegram"da izləyin