İran prezidentliyinə namizədlərin yekun siyahısı iyunun 11-də açıqlanacaq

2024/04/1712121027.jpg
Oxunub: 158     01:46     26 May 2024    
İranda növbədənkənar prezident seçkilərində iştirak edəcək namizədlərin yekun siyahısı iyunun 11-də açıqlanacaq.

Ordu.az xəbər verir ki, bu barədə Tehran əyalətinin Seçki Qərargahının katibi Abbas Cohari IRIB telekanalında bildirib.

Onun sözlərinə görə, namizədlərin qeydiyyatı mayın 30-da başlayacaq və 5 gün davam edəcək.

Cohari deyib ki, namizədlərin yekun siyahısı elan edildikdən sonra onlar daha 15 gün ərzində seçki kampaniyası apara biləcəklər.

Mayın 20-də İran hakimiyyəti növbədənkənar prezident seçkilərin iyunun 28-nə təyin olunduğunu elan edib.

İran tarixində 14-cü prezident seçkiləri mayın 19-da Şərqi Azərbaycan əyalətində Prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə əlaqədar keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Seçki  


Bizi "telegram"da izləyin