Dövlət Departamenti: ABŞ Pekini təmkinli olmağa çağırır

2024/05/1715923314.jpg
Oxunub: 210     00:06     26 May 2024    
Birləşmiş Ştatlar Çinin Tayvan yaxınlığındakı hərbi təlimlərindən narahatdır və Pekini təmkin nümayiş etdirməyə çağırır.

Ordu.az-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

“Birləşmiş Ştatlar Çin Xalq Azadlıq Ordusunun Tayvan boğazında və Tayvan ətrafındakı ərazilərdə birgə hərbi təlimlər keçirməsindən dərin narahatdır”, - diplomat bildirib. Onun sözlərinə görə, Vaşinqton Çinin hərəkətlərini diqqətlə izləyir, müttəfiqləri və tərəfdaşları ilə addımlarını koordinasiya edir.

Miller qeyd edib ki, Ağ Ev Tayvanda administrasiya dəyişikliyindən hərbi təxribatlar üçün bəhanə kimi istifadə edilməsini qəbuledilməz hesab edir.

Dövlət Departamentinin sözçüsü qeyd edib ki, Çinin bu cür hərəkətləri eskalasiyaya gətirib çıxara və onilliklər ərzində Tayvan boğazında sabitliyə zəmanət verən beynəlxalq normaları poza bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin  


Bizi "telegram"da izləyin