Rusiyalı general ev həbsinə buraxılıb

2020/06/15096-1591019812.jpg
Oxunub: 181     17:22     24 May 2024    
Rusiya Silahlı Qüvvələrinin 58-ci Ordusunun keçmiş komandanı, general-mayor İvan Popov istintaq təcridxanasından ev həbsinə buraxılıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Qeyd olunub ki, bu barədə müstəntiqlər özləri xahiş ediblər.

Məhkəmə iclası qapalı keçirilib, KİV nümayəndələrinin iclas zalını tərk etmələri istənilib.

Qeyd edək ki, Popova qarşı irimiqyaslı dələduzluq işi ilə bağlı cinayət işi açılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ordu  


Bizi "telegram"da izləyin