Ermənistan Rusiya ilə sərhəd insidentinə görə Estoniyaya dəstəyini ifadə edib

2024/05/66509-1716557288.jpg
Oxunub: 221     17:16     24 May 2024    
Estoniya xarici işlər naziri Marqus Tsahkna və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, bu barədə Estoniya XİN rəhbəri "X" hesabında bildirib.

O qeyd edib ki, Mirzoyan Rusiya ilə sərhəd insidenti ilə bağlı ölkəsinin Estoniyaya dəstəyini ifadə edib.

Estoniya XİN rəhbəri deyib ki, onlar Cənubi Qafqazdakı vəziyyəti, Estoniya və Aİ-nin vəziyyətin düzgün istiqamətdə irəliləməsini dəstəkləmək üçün nə edə biləcəyini də müzakirə ediblər.

Xatırladaq ki, Estoniya sərhədçiləri cümə axşamı bildiriblər ki, rusiyalı həmkarları bu yaxınlarda Narva çayının Estoniya tərəfində yerləşdirilmiş 50 naviqasiya buylarından (gəmi yollarını işarələmək üçün üzgəc-red.) 24-nü çıxarıblar. Estoniya tərəfi bildirir ki, Rusiya 2022-ci ildə Moskvanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra buyların mövqeləri ilə bağlı mübahisə edir. Buylar gəmilərin xarici sulara girməməsi üçün strateji olaraq sərhəd çayına yerləşdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin