Yeni Kaledoniya XİN rəhbəri: "Fransa Metropoliyasından gətirilən şəxslərin sayı yerli Kanak xalqını boğur"

2024/05/66508-1716552306.jpg
Oxunub: 177     15:51     24 May 2024    
Mayın 24-də Fransanın “L`Humanite” jurnalında Yeni Kaledoniyanın xarici işlər naziri Mickael Forrest-in müsahibəsi (https://apa.az/storage/pdf/17165518356650809bbb9d4.pdf) dərc olunub.

Ordu.az xəbər verir ki, Mickael Forrest qeyd edib ki, Kanaki - Yeni Kaledoniya 1986-cı ildən BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısında yer alır.

Onun sözlərinə görə, BMT Baş Assambleyası hər il Yeni Kaledoniya, habelə Fransız Polineziyasının dekolonizasiyası ilə əlaqədar qətnamələr qəbul edir. Yeni Kaledoniyadakı vəziyyəti tənzimləyən Numea Sazişinə görə BMT bu prosesi yaxından izləməlidir.

Xarici işlər naziri BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin (C-24) dəvəti ilə Venesuelada bu günlərdə baş tutmuş regional tədbirində iştirakını xatırladaraq, Yeni Kaledoniyada cərəyan edən iğtişaşlar barədə tədbir iştirakçıları məlumatlandırdığını, vəziyyətin yerində düzgün qiymətləndirilməsi üçün Yeni Kaledoniya Hökumətinin C-24-dən əraziyə missiya göndərməsini xahiş etdiyini bildirib. 2015-ci ildən bəri 9 belə missiyanın təşkil edildiyini bildirən nazir, Fransa dövləti tərəfindən təşkil edilən seçki saxtakarlığını pislədiklərini vurğulayıb.

“Fransa Metropoliyasından gətirilən şəxslərin sayı yerli Kanak xalqını boğur”, - nazir əlavə edib.

O, həmçinin Dekolonizasiya üzrə Xüsusi Komitədə beynəlxalq vasitəçilik sorğusu ilə çıxış etdiklərini xatırladıb. Sözügedən tədbirdə Fransa Hökumətinə yaxın qüvvələrin problemin mahiyyətinə etinasız yanaşmasının iştirakçılar tərəfindən pis qarsalandığını da əlavə edib.

Fransanın beynəlxalq hüququ pozduğunu söyləyən Forest Kanaki-Yeni Kaledoniya məsələsinin Fransanın daxili işi olmadığını bildirib. O, qarşıdakı günlərdə Yeni Kaledoniyanı dəstəkləyən Parlament üzvləri ilə görüş keçirtmək üçün Avropaya səfər edəcəyini diqqətə çatdırıb. Yeni Kaledoniyada hazırda cərəyan edən proseslərlə bağlı Sakit Okean Adaları Forumu, Papua-Yeni Qvineya, Melaneziya Təşəbbüs Qrupu və digər ölkələr, beynəlxalq qeyri-hökumət təşkilatları və beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin göstərildiyini əlavə edib.

Sonda Forest Yeni Kaledoniya və Azərbaycan arasındakı münasibətlərə dair verilən suala cavab olaraq bildirdi ki, Yeni Kaledoniya Hökumətinin heç bir ölkə ilə problemi yoxdur. Azərbaycan Qoşulmama Hərəkatının sədri olub. Hərəkat hər zamanı bizi dəstəkləyib və bizim orda müşahidəçi statusumuz var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yeni-Kaledoniya   Fransa  


Bizi "telegram"da izləyin