Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə olunub, Azərbaycan bayrağı ucaldılıb - VİDEOLAR

2024/05/2024--1716550776.jpg
Oxunub: 273     15:28     24 May 2024    
Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə olunub.

Ordu.az xəbər verir ki, Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərində Azərbaycan bayrağı ucaldılıb.


Qeyd edək ki, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşündə imzalanmış Protokola əsasən, delimitasiya işləri aparılıb. Nəticədə 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazax   DSX  


Bizi "telegram"da izləyin