Slovakiya və Polşa qısa mənzilli HHM silahlarına dair razılığa yaxındır

2024/05/2024--1716543104.jpg
Oxunub: 197     17:37     24 May 2024    
Slovakiyanın zenit imkanlarını gücləndirmək səyləri çərçivəsində Polşa və Slovakiya hökumətləri qısa mənzilli, insan tərəfindən daşınan Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin alınması üzrə razılaşmaya yaxınlaşır.

Ordu.az xəbər verir ki, bu barədə Polşanın Silahlanma Qrupu PGZ-nin adı açıqlanmayan nümayəndəsi mayın 14-16-da keçirilən IDEB müdafiə sərgisində bildirib.

“Biz “Piorun” sistemlərinin satışı ilə bağlı Slovakiyanın Müdafiə Nazirliyi ilə qabaqcıl müzakirələr aparırıq və bu ilin sonuna kimi hökumətlərarası müqavilə imzalamağa ümid edirik”, - deyə o qeyd edib.

PGZ-nin flaqmanı olan “Piorun” (Thunderbolt) pilotsuz uçuş aparatlarını, helikopterləri, təyyarələri və qanadlı raketləri məhv etmək üçün nəzərdə tutulub.

Şirkətin məlumatlarına görə, o, 4 kilometr (2,5 mil) yüksəklikdəki hədəfləri vura bilir və maksimum 6,5 kilometr (4 mil) mənzilə malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya   Polşa   HHM  


Bizi "telegram"da izləyin