EFES-2024 təlimində Türkiyənin yerli və milli müdafiə sənayesi məhsulları nümayiş etdirilir

2024/05/1716541916.jpg
Oxunub: 170     14:22     24 May 2024    
“Türkiyə Silahlı Qüvvələrimizin inventarında olan məhsulların sərgiləndiyi Müdafiə Sənayesi Məhsulları Sərgisi ölkəmizin müdafiə sənayesi sahəsində gəldiyi nöqtəni dünyaya göstərmək baxımından əhəmiyyətlidir”.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) sədri Haluk Görgün deyib.

Türkiyə MSK-nin açıqlamasına görə, Türkiyənin ən böyük ortaq təlimi olan EFES-2024 İzmir Seferihisarda başlayıb.

50 ölkədən 1500-dən çox əcnəbi personalın qatıldığı təlimdə Türkiyə Silahlı Qüvvələri də daxil olmaqla, 11 min şəxsi heyət iştirak edir.

Təlim sahəsi Türkiyə MSK-nin koordinasiyasında 47 müdafiə sənayesi şirkəti tərəfindən yerli, milli imkanlarla istehsal edilən və Türkiyə Silahlı Qüvvələrinin inventarında olan məhsulların sərgiləndiyi Müdafiə Sənayesi Məhsulları Sərgisini əhatə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: EFES-2024   Təlim   Türkiyə   MSK  


Bizi "telegram"da izləyin